İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, \”Səhər-səhər\” verilişinin qonağı olan xanəndə daha bir yalanın üstünü açıb.
Aparıcı Elgiz Əkbərin \”Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki… Az qalırdım o dayəni tapıb cəzalandırım\” sözlərinə Aygün maraqlı cavab verib:
\”O da növbəti gopdan biri idi\”.
Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:
\”Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir\”.
İnterpress.az