İnterpress.az-ın Lent.az-a istinadən məlumatına görə, Xətai rayonu R.Məmmədov küçəsində yerləşən “Sahil” MMC-nin rəhbəri 1971-ci il təvəllüdlü Əsgərov Hüseyn Kamil oğlu polisə müraciət edərək bildirib ki, firmanın möhür və sənədləri oğurlanıb.
O bildirib ki, gecə saatlarında yaşadığı binanın qarşısında yerləşən fima ofisinə 3 nəfər basqın edib. Onlar ofisin qapısını sındıraraq içəri keçiblər və oradan 2 möhürü, eləcə də sənədləri götürərək çıxıblar. Şikayətçi oğurluq edən şəxslərdən birinin adının Sahil olduğunu əlavə edib.
Araşdırma aparılır.
İnterpress.az