Korrupsiya ilə Mübarizə Fondunun təsisçisi olan Aleksey Navalnı, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini özü irəli sürən fərd qismində iştirak edəcəyini bildirib.
Bunun üçün, mövcud qanunvericiliyə əsasən, Navalnını dəstəkləyən təşəbbüs qrupu azı 500 nəfərdən ibarət olmalıdır.
Navalnının namizədliyini bazar günü keçirilmiş iclasda seçici təşəbbüs qrupunun 742 üzvü dəstəkləyib, məhz bu sayda seçici onun namizədliyinin irəli sürülməsinə dəstək verilən vərəqəyə imza atıb.
Bundan sonra həmin vərəqələrin Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülməsi nəzrdə tutulur.
Bundan əvvəl MSK bildirmişdi ki, qanunvericiliyə uyğun olaraq, Navalnının məhkumluğu, ona 2018-ci ilin prezident seçkilərində namizəd qismində iştirak etməyə imkan vermir.
Lakin Navalnın özü və onu dəstəkləyən təşəbbüsçü qrupun üzvləri bununla barışmaq niyyətində deyillər.
\”Görək, məni necə seçkiyə buraxmayacaqlar! Biz tətilə başlayacağıq!\” – Navalnı bazar günü Rusiya rəsmi dairələrinin ünvanına xəbərdarlıq səsləndirib.
Namizədliyi qeydə alınmayacağı halda, Navalnı, qalan namizədləri, seçkiyə 5 gün qalmış, bu kampaniyada iştirakdan imtinaya və yeni seçkilərin keçirilməsini tələb etməyə çağırıb.
İnterpress.az