Üstündə, siqaret kağızına burulmuş, 1000-dək nəşə bükməsi ilə taksiyə mindiyini zənn edən narkotik dəllalı səhv buraxdığını yalnız polis avtomobilinin içində anlayıb.
Danimarka polisinin bildirdiyinə görə, kişi evinə tələsdiyindən yanlışlığa yol verib.
Hadisə Copenhagen şəhərinin Christiania məhəlləsində baş verib.
Yarımmuxtar statusa malik olan həmin məhəllə 1970-ci ildə hippilər yaradıb, və o vaxtdan bəri bu rayon nəşə alverinin mətkəzinə çevrilib.
Polisin bildirdiyinə görə, nəşə ilə polis maşınına oturmuş şəxsə həbs cəzası kəsilə bilər.
Polisin bəyanatında deyiliri: \”Ötən gecə, tez bir zamanda evinə çatmağı düşünən nəşə dileri Christiania-da taksiyə minib. Lakin, əvəzində, polis avtomobilinə oturduğunu anlaması onun üçün gözlənilməz olub\”.
\”Polis əməkdaşları, üstündə 1000-dək nəşə bükməsi olan şəxsin onların maşınına oturmasından məmnun olublar\”, – məlumatda qeyd olunub.
Nəşə Danimarkada qeyri-qanunidir, nəşə gəzdirmək və nəşə alveri ölkədə qadağandır.
Son aylarda Danimarka polisi Christiania məhəlləsində nəşə dəllallarının axtarışı məqsədi ilə bir sıra reydlər keçirib. (bbc)
İnterpress.az