İnterpress.az xəbər verir ki, Navalnının namizədliyinin qeydə alınması böyük sual altındadır və bunun bir neçə səbəbi var.
Əvvəla, hazırda şərti cəza müddəti bitməmiş Navalnı bununla bağlı arayış təqdim etməyib. “Həmin arayış lazım deyil. Konstitusiyanın 32-ci maddəsinə əsasən, şəxs həbsxanada deyilsə və fəaliyyə qabiliyyətlidirsə, seçkilərdə iştirak edə bilər”, – A.Navalnı bildirib.
Daha bir səbəb kimi müxalifətçinin namizəd kimi irəli sürüldüyü toplantının notariusun iştirakı olmadan keçirildiyi göstərilir.
Qeyd edək ki, MSK sədri Ella Pamfilova müxalifət liderinin mühakimə olunduğu üçün namizəıdliyini irəli sürə bilməyəcəyini demişdi.
İnterpress.az