Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakini Səbuhi Azayev vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az