Sarkisyan Gürcüstana səfər edibbackend

Sarkisyan Gürcüstana səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun məlumatına görə, Tbilisi beynəlxalq hava limanında S. Sarkisyanı xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər qarşılayıb.

İki günlük səfər çərçivəsində S. Sarkisyan Gürcüstan prezidenti, baş naziri, parlament sədri və patriarx II İlya ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Ermənistan dövlət başçısının Gürcüstanda yaşayan erməni icmasının nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

İnterpress.az