İnterpress.az Futbol11 saytına istinadən xəbər verir ki, komanda Dino üçün \”Qarabağ\”a son rəqəm olaraq 750 min avro ödəməyə hazır olduğunu bildirib.
Lakin komandanın baş məşqçisi Qurban Qurbanov bu təklifə razılıq verməyib. O, qış transfer dönəmində futbolçu tapmağın çətin olduğunu bildirib və futbolçunun Çinə yollanmasına qarşı çıxıb.
Q.Qurbanov transferə bir şərtlə razı olduğunu deyib. Əgər Ağdam klubu Ndlovunun yerinə daha səviyyəli hücumçu tapsa, onun keçidinə razılıq verəcək. Bu halda da transfer baş tutmasa, D.Ndlovu azad agent kimi komandanı tərk edə bilər.
İnterpress.az