İnterpress.az xəbər verir ki, Baş nazir İtaliyanın İraqdakı 1400 nəfərlik hərbi qüvvəsinin sayının İŞİD üzərində qələbələrdən sonra azala və bunun əvəzində kontingentin Qərbi Afrikanın Sahel bölgəsində yerləşdirilə biləcəyini söyləyib.
“Biz diqqətimizi Saheldə insan alverinə və terrorizmə qarşı mübarizəyə cəmləşdirməklə işimizi davam etdirməliyik. Buna görə də İraqdakı hərbi qüvvələrimizin bir hissəsi yaxın aylarda Nigerdə yerləşdiriləcək. Bununla bağlı hökumət parlamentə təklif təqdim edəcək”, – deyə Baş nazir qeyd edib.
İnterpress.az