İnterpress.az nazirliyin saytına istinadən xəbər verir ki, 26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
***
Nazirlikdən bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb.
Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.
İnterpress.az