İnterpress.az xəbər verir ki, polkovnik İraq və Suriyada cəmi 1000 nəfər İŞİD terrorçusunun qaldığını bildirib.
Onun sözlərinə əsasən, hazırda hər iki ölkədə maksimum min nəfər İŞİD terrorçusu qalıb. Koalisiya qüvvələri ekstremistlərin dağılmış qüvvələrinin hər hansı bir hərəkətinin qarşısını almaq niyyətindədir.
Qeyd edək ki, polkovnik bir müddət əvvəl İraq və Suriya ərazisinin 98%-inin terrorçulardan təmizləndiyini bəyan etmişdi.
İnterpress.az