Bu barədə İnterpress.az-a ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Mənbənin məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə rabitə, internet, televiziya, radio və poçt əlaqəsinin fasiləsiz işini təmin etmək tapşırılıb.
Bundan başqa, qurum abunəçilərin rahatlığının təmin olunması, təhlükəsiz xidmətinin gücləndirilməsi və qəza xidmətinin hazır vəziyyətə gətirilməsi ilə bağlı tədbirlərin görülməsini də tapşırıb.
İnterpress.az