İnterpress.az APA-ya istinadən xəbər verir ki, səsvermədən öncə bir maddəlik layihəyə bir qeydin artırılması məsələsi müzakirəyə çıxarılıb.
Həmin qeydin layihəyə əlavə olunmasının lehinə 198 deputat, bir nəfər əleyhinə səs verib. Sonra layihə müzakirəyə çıxarılıb və yekdilliklə (207 nəfər) qəbul olunub. Layihəyə əlavə olunmuş qeydə əsasən İran hökuməti Qüds şəhərini Fələstinin həmişəlik paytaxtı kimi tanımağa borcludur və bunu dəstəkləyəcək.
Millət vəkilləri layihənin qəbulundan sonra parlamentin binasında İsrail və ABŞ-a ölüm şüarları səsləndiriblər.
İnterpress.az