İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, şəhər ərazisində naməlum şəxs kənd sakini olan 17 yaşlı qıza hücum edib. Həmin şəxs zor tətbiq edərək qızın mobil telefonunu alıb və hadisə yerindən uzaqlaşıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Şiləvək kənd sakini Vüqar Sadıqov tutulub. Məlum olub ki, o, daha əvvəl də məhkumluq həyatı yaşayıb.
Araşdırma aparılır.
İnterpress.az