İnterpress.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşı olan 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni qəbul olunan azərbaycanlı tələbələri soymaqla məşğul olduğundan şübhələnir. Onlar məzunları hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.
Qrup üzvləri sonuncu dəfə azərbaycanlı tələbənin yaşadığı evə basqın edərək ona işgəncə verib, barmaqlarını qırıblar. Sonra onun noutbukunu və fotoaparatını zorla alıblar.
Şikayət əsasında hərəkətə keçən Kastamonu polisi tələbələri həbs edib.
Onlar ilkin dindirmədən sonra məhkəməyə çıxarılıb, barələrində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
İnterpress.az