İnterpress.az xəbər verir ki, hadisə ticarət mərkəzindəki “Perekryostok” mağazasında qeydə alınıb. Partlayışdan sonra güclü yanğın olub.
Məlumat daxil olan kimi əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Xilasedicilər mağazada olan 50-dən çox insanı təxliyyə ediblər. Hadisə zamanı 10 nəfər xəsarət alıb.
Hadisədən sonra mağaza bağlanıb. Bu barədə ticarət mərkəzinin məlumatında bildirilib:
“Bu gün ticarət mərkəzindəki “Perekryostok” mağazasında partlayış olub. Hadisə zamanı həyatını itirən olmayıb. Hadisədən sonra yanğın olub. Yanğınsöndürənlər dərhal alovun qarşısını alıblar. Hazırda mağaza bağlıdır. Orada hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar”.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az