Bakıda körpə doğuş zamanı öldübackend

Bakıda körpə doğuş zamanı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə dekabr ayının 25-də Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı doğum evində baş verib.

“Ölkə.Az”a verilən məlumata görə, Kazımova Fəxriyyə Cahangir qızı doğuş zamanı dünyaya yenicə gəlmiş övladını itirib.

Bu barədə DİN-nin 102 zəng mərkəzinə F.Kazımovanın həyat yoldaşı Nəsib Kazımov məlumat verib.

Faktla əlaqədar Səbail rayon prokurorluğunda araşdırmalara başlanılıb.

İnterpress.az