Hadisə rayonun Mirzə İbrahimov küçəsi 14 ünvanında baş verib.
İnterpress.az Ölkə.Az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu binanın damına qalxaraq Şəmkir rayon məhkəməsinin qərarının icra olunmamağına etiraz əlaməti olaraq intihar etmək istəyib.
Hadisə yerinə gələn FHN-nin xilasetmə qrupu, polis əməkdaşları 25 yaşlı gənclə apardıqları profilaktik söhbətlərdən sonra onu damdan düşürə biliblər.
Faktla əlaqədar Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.