İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Putin bunu Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşündə deyib. \”Siz bilirsiniz ki, dünən Peterburqda terror aktı törədilib\”, – deyə o, söyləyib.
Xatırladaq ki, dekabrın 27-də Sankt-Peterburqdakı \”Perekrestok\” mağazasında partlayış baş verib. Nətcədə 13 nəfər yaralanıb. Hazırda yaralılardan 6 nəfəri xəstəxanada müalicə olunur. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib. Təhqiqat aparılır.
İnterpress.az