“Sənətkar Barbra Streyzanddır” – Rafael Dadaşovbackend

“Sənətkar Barbra Streyzanddır” – Rafael Dadaşov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, proqramın qonağı olan xalq artisti Rafael Dadaşov məsələyə münasibət bildirib.

Aktyor “sənətkar” kəlməsini müzakirə edib və hər kəsin özünə bu adı qoymasını qınayıb:

“Sənətkar sözünü atam, anam timsalında olanlara deyə bilərəm. Barbra Streyzand müğənnidir və dünyada məşhur sənətkardır. “Sənətkar olmaq istəyirəm” sözünü demək mümkün deyil. Gərək külüng vurasan ki, sənətkar olasan. Mən ömrümü filmlərə sərf etməmişəm. Həvəskar olaraq filmlərdə rol aldım. Ömrümü teatra sərf etdim. Ona görə də sənətkaram. Bir sahə ilə məşğulam. Allah eləsin mən də dahiliyə çatım”.

İnterpress.az