İnterpress.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
XİN rəsmisi bildirib ki. ölkələrimiz arasında əlaqələri yüksək səviyyədədir: \”Ölkələrimiz bir-birilərini daima beynəlxalq təşkilatlarda dəstəkləyirlər. İran prezidentinin gələn il baş tutacaq səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə məsələlər müzakirə olunacağı gözlənilir. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr olacaq\”.
İnterpress.az