İnterpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Dil Komissiyasının iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, yeni qaydalarda maddələrin sayı artırılaraq 36-dan 62-ə qaldırılıb.
M.Nağısoylu təklif edib ki, yeni orfoqrafiya lüğəti fonetik prinsipə əsaslansın, tərkibində \”iyyət\” şəkilçisi olan sözləri bir \”y\” ilə yazılsın: \”Bu sözlər türkiyə türkcəsində də bir \”y\” ilə yazılır. İki \”s\” ilə bitən və iki \”s\” ilə başlayan sözlər də bir \”s\” ilə yazılsın, məsələn, \”ekspress\” \”ekspres\” kimi, \”ssenari\” \”senari\” kimi yazılsın, \”veb səhifə\” kimi sözlər defislə yazılsın\”.
İnterpress.az