Bakının mərkəzindəki işıqforda ağır qəza: 3 qadın xəstəxanalıq oldubackend

Bakının mərkəzindəki işıqforda ağır qəza: 3 qadın xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Üzeyir Hacıbəyli və Rixard Zorge küçələrinin kəsişməsində 1991-ci il təvəllüdlü İbrahimov İlkin Vahid oğlunun idarə etdiyi \”Audi\” markalı, 10 FC 010 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1986-cı ildə anadan olmuş Quliyev Əbülfəz Nurəddin oğlunun sürdüyü 90 UG 017 nömrə nişanlı \”Hyundai\” toqquşub. Nəticədə Ə.Quliyevin avtomobilində olan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Quliyeva Suada Rövşən qızı, 1971-ci il təvəllüdlü Həsənova Venera Fərhad qızı və 1997-ci il təvəllüdlü Qafarova Səbinə Siyavuş qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar qəzanın baş verdiyi yerin yaxınlığındakı \”Mediclub\” xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır. (lent.az)

İnterpress.az