Pakistan təktərəfli hücumlara görə ABŞ-ı günahlandırdıbackend

Pakistan təktərəfli hücumlara görə ABŞ-ı günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Amerikanın səsi\”nə istinadən bildirir ki, Pakistan Silahlı Qüvvələrinin sözçüsü Asif Qafur Pakistan qüvvələrinin Həqqani də daxil edilməklə, terrorçulara qarşı mübarizə apardığını deyərək, Amerikanın ittihamlarının mənasız olduğunu bildirib.

O, Pakistanın əks-terrorizm fəaliyyətlərinin necə nəticə verdiyinin aylar və illərdən sonra görünəcəyini deyib.

Daha əvvəl ABŞ müdafiə naziri Cim Mattis ölkəyə səfəri zamanı Pakistanı mübarizə səylərini iki dəfə artırmağa səsləyib.

ABŞ-ın Pakistanı Taliban döyüşçülərini sığınacaqla təmin etməklə günahlandırdığı ilk dəfə deyil. Rəsmi İslamabad isə öz növbəsində Taliban silahlıları ilə mübarizədə əlindən gələni etdiyini bildirir.

Pakistanın baş naziri Şahid Xaqan Abbasi bəyanatında qeyd edib ki, Pakistanda terrorçuların təhlükəsizlik sığınacaqları yoxdur və onlar bu qruplara qarşı mübarizəni davam etdirirlər.

Pakistana səfərindən öncə barışdıcı tonda çıxış edən Mattis bildirib ki, o, Pakistan liderləri ilə ciddi fikir ayrılıqlarına yol vermək istəmir.

İnterpress.az