Çində göz-gözü görmür: Həyəcan siqnalı verildibackend

Çində göz-gözü görmür: Həyəcan siqnalı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az dünya mediasına istinadən xəbər verir ki, Çin Meteorologiya Mərkəzi tərəfindan edilən xəbərdarlıqda görmə məsafəsinin 100 metr və daha aşağı düşəcəyi bildirilir. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin artırılması tələb olunur.

Mərkəz, əsasən, ölkənin şimal-şərq bölgələri üçün havanın kirlənməsi nəticəsində \”narıncı həyəcan\” siqnalı verildiyini bəyan edib. Bölgədə bu səhər başlayan hava çirklənməsi paytaxt Pekin və Tiencin şəhəri ilə yanaşı, Anhui, Hubey, Cianqsu və Şandonq əyalətlərində təsirli olacaq.

Qeyd edək ki, Çin, xüsusilə, 2014-cü ildən bu yana ətraf mühit və hava çirklənməsi ilə mübarizə aparır. 1,34 milyardlıq əhalisi ilə dünyanın ən izdihamlı ölkəsi olan Çində hər il təqribən 1,6 milyon nəfər insan hava çirklənməsinin səbəb olduğu ürək və ağciyər xəstəliklərindən həyatını itirir.

İnterpress.az