Rayonun Sahil qəsəbəsi, Seyidov küçəsi ev 5-də yaşayan 1957-ci il təvəllüdlü Simuzər Məmişova özünü eyvandan atıb.
\”Ölkə.Az\” xəbər verir ki, yaralı təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Kəllə-beyin travması alan qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Qaradağ rayon RPİ-nin 38-ci polis bölməsində araşdırmalara başlanılıb.
İnterpress.az