APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas yanvarın 16-da Parisdə keçiriləcək.
İclasda əsasən Dnestryanı münaqişəsinə dair müzakirələr aparılacaq. Müzakirələrdə münaqişənin həllində vasitəçi olan ATƏT, Avropa İttifaqı nümayəndələri, həmçinin Moldovanın rəhbər şəxsləri iştirak edəcəklər.
Qeyd edək ki, alt komitənin rəhbəri AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakdır.
İnterpress.az