Aralıq dənizində azərbaycanlı gəmisi Tunis vətəndaşlarını xilas edibbackend

Aralıq dənizində azərbaycanlı gəmisi Tunis vətəndaşlarını xilas edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Palmali” şirkətinə məxsus “SHIRVAN” gəmisi, Aralıq dənizi fırtınalı hava şəritində həyəcan siqnalı qəbul edərək, batan qayıqdan borta alaraq 5 nəfəri xilas edib. Tunis vətəndaşı olduqları ehtimal edilir.

Şirkətin yönəldilməsi ilə gəmi kapitanı Siciliya Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb və xilas edilmə haqda məlumat verib.

Beynəlxalq qaydalara uyğun olaraq, Dəniz Xilasetmə Koordinasiya Mərkəzi xilas olanların enişi və İtaliya hakimiyyət orqanlarına vermək üçün Trapani portuna reyd etməyi təlimat verib.

İnterpress.az