Məhəmməd Mursini 3 il müddətinə həbs olundubackend

Məhəmməd Mursini 3 il müddətinə həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Mursi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə \”nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.

Məhkəmə eyni işlə bağlı daha 18 nəfərə də 3 illik həbs cəzası kəsiib.

5 nəfər isə, o cümlədən demokratiya uğrunda kütləvi kampaniyaların təşkilatçısı Alaa Abdel-Fattah 30 min Misir funtu (1688 dollar) məbləğində cərimə olunub.

Mursi Misirin ilk azad seçki ilə seçilmiş prezidentidir. Onu bir illik prezidentliyindən sonra 2013-cü ildə hərbçilər devirdi. Mursinin hakimiyyəti ölkədə cəmiyyətin kəskin bölünməsinə gətirmişdi.

O vaxtdan həbsdə olan Mursiyə qarşı müxtəlif ittihamlarla məhkəmə prosesləri gedir.

Mursi həmçinin casusluqda, xarici qruplarla əlaqədə ittiham olunur.

Misirdə hərbçilər 2013-cü ildən bəri minlərlə islamçını və liberalı həbsə atıb.

İnterpress.az