Ukraynanın tanınmış qadın vəkili öldürüldübackend

Ukraynanın tanınmış qadın vəkili öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, qadının meyiti şəhər kənarındakı çaydan tapılıb.

İlkin məlumatlara görə, qadını öldürəndən sonra körpüdən çaya atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, bu qətli törədən təcrübəli və peşəkar olub.
“Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qadının qohumları onun öldürülməsi barədə məlumatlandırılıb. Hələlik qətl ilə bağlı hansısa izə rast gəlinməyib. Görünür ki, hadisəni törədənlər peşəkar cinayətkarlardır”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, İrina Nozdrovskaya Ukraynada tanınmış və peşəkar hüquqşunas idi. Onun adı bir neçə cinayətin açılmasında və günahsız yerə həbs edilənlərin azadlığa çıxarılmasında hallanıb. Ötən ilin dekabr ayında onun yoxa çıxması barədə yaxınları polisə məlumat veriblər.

İnterpress.az