“İrandakı etirazların arxasında 3 dövlət dayanır” – Əli Şamxanibackend

“İrandakı etirazların arxasında 3 dövlət dayanır” – Əli Şamxani

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ə. Şamxani bildirib ki, etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır: \”Bu ölkələr etiraz aksiyalarının aparılmasına təsir göstərən sosial şəbəkələrdəki kampaniyalara rəhbərlik edirlər. Bizim təhlillərimizə əsasən, İrana qarşı yönəldilmiş yeni hashtaqların təxminən 27% -i Səudiyyə hökuməti tərəfindən hazırlanıb\”.

Şamxani qeyd edib ki, xarici ölkələrdən gələn bu müdaxilə İranın inkişafına mane olmağa yönəlib. Ə. Şamxani etiraz aksiyalarının bir neçə günə bitəcəyini deyib.

Qeyd edək ki, İranın əsas şəhərlərində – Tehran, Məşhəd, İsfahan və başqalarında dekabrın 28-dən etibarən kütləvi etirazlar başlayıb. İran mediasının məlumatına görə, on nəfər qarşıdurmaların qurbanı olub. (lent.az)

İnterpress.az