Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadırbackend

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

G.Poladov qeyd edib ki, \”2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı\”nın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır:

\”Qeyd edək ki, ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. Nəticədə dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11 faizdirsə, Azərbaycanda bu göstərici 1,8 faizdir\”.

O əlavə edib ki, son 3 ildə Səhiyyə Nazirliyi nəzdinda Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir: \”Bu quruma müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 5404 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursualır\”.

İnterpress.az