İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “Sun” nəşri yayıb.Xəbərdə bildirilir ki, Şotlandiya klubunun yarımmüdafiəçini geri qaytarmaq cəhdləri öz bəhrəsini verib. Belə ki, yayda “Qəbələ”yə birillik icarə əsasında keçən Hallideylə “qırmızı-qaralar” müqaviləyə xitam veriblər.
Futbolçu Qlazqo təmsilçisinin qış fasiləsindən sonra Floridada keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, buna qədər Təmkin Xəlilzadəni transfer edən “Qəbələ” Aqil Məmmədov, Tellur Mütəllimov və Ekiqo Ehiosunla yollarını ayırıb.
İnterpress.az