İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏTbackend

İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, itkin düşən alpinistlərin yaxınlarının video müraciəti sosial şəbəkələrdə yayılıb.

Onlar alpinistlərin axtarışlarını aparan FHN-ə və digər aidiyyatı qurumlara müraciət edərək bildirirlər ki, nə olursa olsun axtarışlar davam etməlidir.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və bir müddət keçəndən sonra onlarla əlaqə kəsilib.

Bir həftədən çoxdur ki, axtarışlar davam etsə də hələlik heç bir nəticə əldə olunmayıb. (BAKU.WS)

İnterpress.az