Ölkə.Az xəbər verir ki, dostunun köməyi ilə 3 saylı şəhər xəstəxanasına gətirilən 26 yaşlı gəncə ilkin tibbi yardım göstərilib və məlum olub ki, o, döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti alıb.
Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdı.
Baş vermiş hadisə ilə bağlı Xətai RPİ-nin 37-ci polis bölməsinə məlumat verilib və ciayət məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İnterpress.az