Beləliklə, Ölkə.Az\”-ın suallarını son günlər sosial şəbəkələrin fenomeninə çevrilmiş Samir Hüseynov cavablandırır.
– Sosial şəbəkələrdə çox məşhursunuz. Özünüz haqda məlumat verərdiniz.
– 1990-cı ildə anadan olmuşam, Tovuzun Əlimərdanlı kəndində yaşayıram. Mal-qara saxlayırıq, başqa məşğuliyyətim yoxdur.
– \”Whatsapp\”da çox qızla danışırsız?
– Mənlə görüntülü danışmayanlara inanmıram. Çünki çoxu oğlan olur. Amma görüntülü danışdıqlarım da olur.
– \”Whatsapp\”da qızlarla nə haqda danışırsız?
– Bizim ölkədə qızlar oğlanlara danışmaqdan çəkinirlər.
– Amma \”Facebook\”da Aysel adlı xanıma təşəkkür etmişdiniz.
– O mənim qız dostumdur, heç kimə dəyişmərəm. Keçmişdə sevgili olmuşuq. Onun kimi qız yoxdur. Qızlar o qədər təzyiq görüblər ki, görüntülü danışmaqdan qaçırlar.
– Aysel də Tovuzda yaşayır?
– Xeyr, Aysel Türkiyədə musiqi müəllimidir. Başqa heç kimlə danışmıram, inanmıram. Bu dünyada saxta olmaq lazımdır, ay qardaş. Gərək hamıya kələk gələsən.
– Ayseli şəxsən görmüsünüz?
– Üzbəüz görüşməmişik, amma bizə qonaq gələsidir.
– Onun neçə yaşı var?
– İyirmi altı.
– Ola bilərmi ki, \”Facebook\”da, \”Whatsapp\”da tanış olduğunuz qızla ailə qurasınız?
– Evlənərəm, amma gərək özü mənimlə yazışsın, yalan danışmasın. Yalandan deyə bilmərəm ki, varlı adamam. Atam kasıb adamdır. Olanı demək lazımdır. Haqq nazilər, üzülməz.
– Real həyatda sevgiliniz olubmu?
– Olub, amma ayrılmışıq. O qız mənlik deyildi. Məni onun-bunun ayağına verdi, ayrıldım.
– Özünüzdən 15 yaş böyük xanımı sevə bilərsinizmi?
– Üç-dörd yaş böyük, üç yaş da kiçik ola bilər. Gərək həyatı qana bilsin.
– Yəqin ki, şeir də yazırsınız?
– Yazmıram.
– Saz çala bilirsiniz?
– Bacarmıram.
– Sevdiyiniz qızı necə təəccübləndirə bilərsiz?
– Qəşəng şeir yaza bilərəm.
– Bəs deyirsiniz ki, şeri yazmırsınız?
– Sevdiyim qızlara yazıram da.
– O da şeir sayılır da. İstərdim bir bənd deyəsiniz.
– Həyatım, ölürəm sənsiz,
Bir dənəm, yaşamam sənsiz.
Sən mənim ömrümün mənasısan, canım
Sənsiz ölərəm, ölərəm, canım.
– Bu şeirlərdən kitab çap etdirmək fikriniz varmı?
– Xeyr.
– Elza Seyidcahanın şeirlərini oxumusunuzmu? Həm də şeirlərinizdə tərz yaxınlığı var.
– Elza xanımın yaxşı səsi var, təəssüf ki, özünü güldürür.
– Sevgili olmaq istədiyiniz müğənni varmı?
– Müğənnilərdən yox, amma aktrisalardan var. Məleykə Əsədova çox xoşuma gəlir, ideal qadındır.
– Məleykə xanımda ən çox nə diqqətinizi çəkir?
– Enerjili qadındır. Hər qadında enerji olmur. Bura istər zahiri, istər intim tərəfi aiddir. Ona görə də Məleykə xanımı çox bəyənirəm.
– Son olaraq, sevənlərinizə son sözünüzü bilmək istərdim.
– Son sözüm odur ki, mənə yalan danışmasınlar. Qız adından yazan oğlanları da yoxlayacam. Mən uşaq deyiləm. Sizdən də bir istəyim var. Məni ATV-dəki Zaurun yanına çıxardasan. Evlənmək istəyirəm.
İnterpress.az