İnterpress.az xəbər verir ki, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.
Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb.
Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
İnterpress.az