İnterpress.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Rusiyanın birinci divizionunda çıxış edən “Kuban”la oyunda sınayacaq.
Ağdam təmsilçisinin 2018-ci ildəki ilk oyunu Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” Antalya toplanışında yanvarın 20-si Polşanın “Lexiya”, yanvarın 25-i öncə Makedoniyanın “Şkupi”, daha sonra isə Ukraynanın “Mariopul” klubları ilə üz-üzə gələcək. “Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın “Sarayevo” komandasına qarşı olacaq.
İnterpress.az