Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətlibackend

Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə.Az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü Abdullayev Osman Fazil oğlunun meyiti avtomagistralın kənarında tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Cinayət baş verən ərazidən “Makarov” tipli tapançanın 4 gilizi tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb və 26 yaşlı gəncin başından 1 güllə ilə qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalar zamanı Osman Abdullayevin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.

Belə ki, Osman Abdullayev 2008-ci ilin fevral ayının 20-də, 16 yaşı olan zaman Gəncə şəhərində 1984-cü il təvəllüdlü Goranboy rayon sakini olan Tural adlı şəxsi qətlə yetirib və 5 il məhkumluq həyatı yaşayıb. Həmin vaxt Osman Turalı bacısına sataşdığına görə qətlə yetirib. 2013-cü ildə həbsdən azad olunan Osman heç bir işlə məşğul olmayıb.

İlkin ehtimallara görə, Yasamal rayonu Alatava qəsəbəsində yaşayan Osman hadisə baş verən gün Qaradağada \”söhbət xırdalamağa\” gedib.

Hazırda Qaradağ RPİ-nin əməliyyatçıları tərəfindən O.Abdullayevi qətlə yetirən şəxs və ya şəxslərin axtarışları aparılır.

İnterpress.az