İnterpress.az xəbər verir ki, 31 yaşlı forvard Liqa 1-in XXI turunda “Dijon”la matçın 21-ci dəqiqəsində hesabı 3:0 edib. Bu, uruqvaylı futbolçunun 156-cı qolu olub. Hazırda İngiltərənin “Mançester Yunayted” komandasının formasını geyinən İbrahimoviç də eyni göstəriciyə malikdir.
PSJ-nin 8 cavabsız qalib gəldiyi görüşdə Neymar 4 dəfə fərqlənməklə “poker”ə imza atıb.
Qeyd edək ki, Edinson Kavani cari çempionatda keçirdiyi 20 oyunda 20 qol vurub. Uruqvaylı forvardın meneceri “Keşlə” və “Neftçi”nin sabiq hücumçusu olan Valter Quqlemondun qardaşidir.
İnterpress.az