DİN qətl hadisəsi ilə bağlı məlumat yaydıbackend

DİN qətl hadisəsi ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.

M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, V.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İnterpress.az