Məlumata görə, M.Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb. Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.
Qeyd edək ki, Ülvi Mansurov 13 dekabr 1983-cü il Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil alıb. 2013-ci ildə Ü.Mansurov iqtisad elmləri namizədi dərəcəsini alıb.
2012-2015-ci illərdə Warwick University-də təhsil alıb, Warwick Business School proqramının məzunudur.
Ü. Mansurov əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankının Sahil filialında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit departamenti, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərindəi müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb. O, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.
Ü.Mansurov 31 mart 2017-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə “Azərpoçt”un baş direktoru təyin olunub. Bir müddətdən sonra tutduğu vəzifədən azad edilib. ( femida )
İnterpress.az