“Çox qəddar anayam” – Kəmalə Müzəffərbackend

“Çox qəddar anayam” – Kəmalə Müzəffər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Kəmalə Müzəffər “ATV kulis” verilişində deyib.

Xoşbəxt qadın olduğunu deyən aktrisa həyatından, işlərindən danışıb:
“Xoşbəxtəm. Bunun üçün insan olmaq lazımdır. Heç vaxt mənə olan ədalətsizliyə cavab vermədim. Haqsızlıq görəndə belə haqqımı tələb edib geri çəkilmədim. Zaman mənim yerimə hər kəsə cavab verir. Zamanımız azdır. 35 yaşında olsaydım, bəlkə daha rahat olardım.
Pəhrizlər saxlayıram, idman edirəm. Çalışıram çəkim çox artmasın. Zamanım azdır, ürəyimdə olan qadın obrazlarını çatdırmaq istəyirəm. Çox ədalətli bir qadını oynamaq istəyirəm. Elə ona görə də \”Ögey ana\” serialında Sevinc obrazını canlandırım. Ögey analar mənim kimi olsun.
Şəxsi həyatımda çox qəddar anayam. Övladlarımla dostam, qızımla rəfiqəyəm. Hərdən özümə deyirəm ki, dayan, ana-bala sərhəddin keçməyək. Ömür o qədər qısadır ki, belə olmaq lazımdır. Ən yaxşısı hamını sevmək və bağışlamaqdır”.

İnterpress.az