İordaniyadan rəsmi açıqlama: “İsrail üzr istədi”backend

İordaniyadan rəsmi açıqlama: “İsrail üzr istədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ammandakı səfirlikdə 2 iordaniyalının qətlə yetirilməsinə görə İsrail İordaniyadan rəsmi şəkildə üzr istəyib.

Momani İsrail xarici işlər nazirliyinin hadisəyə görə kədərləndiklərini və peşmançılıqlarını əks etdirən bir memorandum göndərdiyini bildirib. Bununla yanaşı, İsrail məsələ ilə bağlı qanuni addımlar atacaq.
Qeyd edək ki, 2017-ci ilin iyul ayında İsrail polisi ilə səfirlik binasına mebel yığmaq üçün gələn 2 iordaniyalı usta arasında mübahisə düşmüşdü. Dülgər polisi əlindəki alətlə yaralamışdı. Bu zaman polis atəş açaraq dülgəri və binanın sahibini vurmuşdu. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.

İnterpress.az