Rembo Məhəmməd səs yazısı yaydı – Lotu Quliyə böyük hədə – “Başa düşdün, mən nəyi deyirəm?” – AUDİObackend

Rembo Məhəmməd səs yazısı yaydı – Lotu Quliyə böyük hədə – “Başa düşdün, mən nəyi deyirəm?” – AUDİO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az GoldNews.az-a istinadən xəbər verir ki, çeçen əsilli avtoritet Aziz Batukayevin tərəfdarlarından olan Rembo Məhəmməd adlı şəxs Lotu Quliyə hədə dolu səsli mesaj göndərib.

\”Bütün Qafqazı, qardaşları salamlayıram. Mən bu özünü avtoritet elan edən azərbaycanlı Quliyə müraciət edirəm. Quli, sən orada elan etmisən ki, Əzizdən bazarı alacaqsan. Mən həyatımda heç vaxt Əzizi görməmişəm. Amma mən onun kişiliyinə, cəsarətinə hörmət edirəm. Mənim adım Məhəmməddir, ləqəbim isə Rembodur. İnanıram ki, kim məni eşidirsə, səsimdən tanıyacaq. Əzizə görə sənə qarşı bütün Qafqaz ayağa qalxar, sən o işə qarışma, bu yemək sənlik deyil. Əzizə görə istənilən çeçen və qafqazlı səni öldürər. Bunu mən sənə söz verirəm, sən bilmirəm, qafqazlılarla, öz qardaşlarınla nə planlaşdırırsan. Amma Əziz sənlik deyil, yenə də deyirəm istənilən qafqazlı, çeçen ona görə səni yox edər. Öz səhvini boynuna al və Əzizdən üzr istə. Sən başa düşdün, mən nəyi deyirəm?\”

Xatırladaq ki, ötən həftə azərbaycanlı \”qanuni oğru\” Nadir Səlifovun (\”Lotu Quli\”) dəstəsi Moskvada çeçen Aziz Batukayevin dəstəsi ilə toqquşub.

Toqquşma zamanı 5 azərbaycanlı və 10 çeçen saxlanılıb.

Məlumatlara görə, toqquşmaya səbəb \”Lotu Quli\” ilə Azizin telefon danışığı olub. Gərgin söhbətdən sonra tərəflər bir-birinə güzəştə getməyib. Doroqomilovski, Danilov və Butovski bazarları uğrunda gedən mübarizə daha da gərginləşib.

Ded Xasanın qətlindən sonra onu əvəzləmək üçün Azizin adı daha ciddi şəkildə hallanırdı. Ancaq \”Lotu Quli\” ilə toqquşma Azizin oğru titulunu şübhə altına qoyub.

Hətta iddia edilir ki, azərbaycanlı \”qanuni oğru\”nun dəstəsi çeçenlərin qruplaşmasını bazardan vurub çıxarıb.

İnterpress.az