“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıbbackend

“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək.

Qeyd edək ki, Robin van Persi 2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 87 matçda 36 qol vurub. “Feyenoord”un yetirməsi olan forvard 2004 – 2012-ci illərdə London “Arsenal”ının formasını geyinib.

İnterpress.az