Bunu Cebhe.info-ya açıqlamasında 20 Yanvar şəhidlərinin dəfn komissiyasının üzvü, Milli Dirçəliş Partiyasının sədr müavini və partiyanın Qarabağ Departamentinin sədri Şakir Ağayev deyib.
O bildirib ki, Qüdrət Əbdülsəlimzadə sədrlik etdiyi Komissiyanın fəaliyyəti üçün aktivlik göstərənlər sırasında Nəcəf Nəcəfov da olub: “Nəcəf Nəcəfovla yanaşı Xaləddin Xəlilov və bir neçə şəxs də 40 gün komissiyada qalaraq fəallıq göstərdi. Bu komissiyanı özümüz yaratdıq. Gecə-gündüz bir yerdə olduq. Hadisələr baş verən gün də Mərkəzi Komitənin qabağına toplaşmışdıq. Gecədən səhərədək “Kamaz”ların altında qalan, yollarda öldürülən şəhidləri yerdən götürdük. Gecə Nəcəf Nəcəfovun papağını tapmışdıq, elə bildik ki, ölüb. Çoxlu əqidə dostlarımız o zaman şəhid oldu. Təsadüfən mən sağ qaldım.1995-ci ilədək döyüşlərdə olmuşam, Salyanda kazarmanı təmir etdirdik, Ağdama silah-sürsat daşıdıq. Allah şəhidlərimizə rəhmət eləsin!”
İnterpress.az