İnterpress.az xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, binanın dam hissəsi yanır.
Hadisə yerinə FHN-nin 10-a yaxın yanğın söndürən maşını və xeyli canlı qüvvə cəlb olunub. Yaşayış binasından sakinlər təxliyə olunub. İlkin məlumata görə, sakinlər arasında xəsarət alan yoxdur.
İnterpress.az