Məmmədyarov “Tata Steel Chess”də 3-cü qələbəsini qazandıbackend

Məmmədyarov “Tata Steel Chess”də 3-cü qələbəsini qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 33 yaşlı qrossmeyster 7-ci turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.

Bununla da xallarını 5,5-ə çatdıran Şəhriyar Məmmədyarov vahid liderliyini davam etdirir. O, ən yaxın izləyicilərindən 1 xal öndədir.

Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir. 8-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.

İnterpress.az