İnterpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya mlumat verilib.
Nazirlikdən bildirilib ki, Müdafiə Nazirliyinin Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyi xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir:
“Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı”.
İnterpress.az